• DÜNYA GENÇLİK KONSEYİ | WORLD YOUTH COUNCIL

AZERBAYCAN CUMHURİYETİ TEMSİLCİLİĞİNE HACI QULIYEV ATANDI 01 Mart 2017

AZERBAYCAN CUMHURİYETİ TEMSİLCİLİĞİNE HACI QULIYEV ATANDI 01 Mart 2017

AZERBAYCAN CUMHURİYETİ TEMSİLCİLİĞİNE HACI QULIYEV ATANDI 01 Mart 2017

Dünya Gençlik Konseyi Azarbeycan bölge başkanlığı görevine İş adamı Haci Quliyev  atandı. Dünya Gençlik Derneği'nin faaliyetlerini de yürütecek olan Quliyev okullarda ve kamu kurumları ile dernek ve vakıflarda Gençlerin Kötü Alışkanlıklardan Korunması konalarında seminerler düzenlenmesine yardımcı olacak.
 

Hacı Quliyev Seyran oğlu kimdir?
Tanınmış İctimai xadim,Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İB vitse- prezidenti.İctimai Nəzarət Koalisiyası Himayadarlar Şürasının sədri.Milli telekanalların sosial məsələlər üzrə eksperti."Excellent" şirkətinin Direktoru. Yeni Azərbaycan Partiyasının üzvü.

Hacı Quliyev 1977-ci il 29 İyun Şamaxı şəhərində ziyalı ailəsində anadan olmuşdur.

1983-1993-cü illərdə Şamaxı şəhər Sergey Vasilyev adına 2 saylı orta məktəbdə təhsil almışdır. 1993-cü ildə Azərbaycan Universitetinə daxil olmuşdur. 1997-ci ildə universiteti bitirib maqistr pilləsinə daxil olmuşdur.1999-2000 ci illərdə hərbi xidmətdə olmuşdur.2013 ildə Doktaranturaya daxil olmuş və hal hazırda elmi araşdırmalarını davam etdirir.2000-ci ildən Azərbayca Respublikasının Mərkəzi Klinik Xəstəxanasında iş fəaliyyətınə başlamişdır.Mərkəzi Klinikada çalışdığı illəri həyatının ən uğurlu mərhələsi saymışdır.Həmən ildən Ulu öndər Heydər Əliyevin dəvəti ilə Mərkəzi Klinikaya idarəetmə sisteminin qurulması üçün xarici mütəxəsisslər dəvət olunmuşdur.Klinikanın idarəedilməsində gənc mütəxəsisslərdə cəlb olunmuşdur.Bu minvalla Hacı Quliyev bir çox xarici dövlətlərdə idarəetmə kursları və təcrübə keçmişdir.Xəstəxanada iş fəaliyyəti dövründə bir çox şöbələrdə müdir olaraq çalışmışdır.

2009-cu ildən azad biznes fəaliyyətinə başlamışdır. O vaxt Azərbaycanda yeni xidmət sahəsi olan catering şirkəti olan "Excellent" MMC-ni qurmuşdur və şirkət bir çox uğurlu lahiyyələrə imza atmışdır.


İctimai xadim ve ekspert kimi televiziya kanallarında çıxışları ilə hər zaman diqqət çəkib.Çıxış etdiyi mövzular və qaldırdığı suallar nəinki Azərbaycanda hətda ölkədən kənardada geniş auditoriya müzakirələrinə səbəb olur. Həyat və fəaliyyəti hər zaman mətbuatın diqqət mərkəzindədir. Haqqında mətbuatda çıxan informasiyalar mətbuatda ən çox oxunan yazılar sırasında yer alır. Hacı Quliyev həyatında xeyriyyəçilik fəaliyyətinədə böyük üstünlük verir. O bir çox xeyriyyə lahiyələrində iştrak edir,ehtiyacı olanlara imkanları hüdudlarında yardımlarını əsirgəmir.Dəfələrlə uşaq və kimsəsizlər evinde tədbirlər təşkil edib ve bəzən bayramları onlarla bərabər kecirməyə üstlük verir. Ehtiyacı olanların problemleri ile məhz yerində tanış olur,onlara mənəvi ve maddi dəstəyini əsirgəmir.

Hacı Quliyev hər zaman Azərbaycançılıq milli mənəvi dəyərlərin qorunması haqqında çıxışları ilə fərqlənir ve dünya Azərbaycanlıları ilə sıx əlaqə saxlayaraq onların xaricdə olan nailiyətlərini milli televiziyalarda işiqlandırılmasında böyük dəstək olur.2016-cı ildə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMM İB) vitse-prezidenti seçilməsi bu sahədə görüləcək işlərin aparılmasında daha geniş imkanlar yaradır.

2016-cı il İctimai Nəzarət Kualisiyasi Himayadarlar Şürasının sədri seçilib.

 

 

MükafatlarıRedaktə

İctimai fəaliyyət və biznes fəaliyyətində fərqləndiyinə görə 2011-ci ildə "İlin brendi", 2013-cü ildə Dünya Azərbaycanlıları Konqresi ("DAK"") —tərəfindən "Sevgi ödülü", 2015-ci ildə Beynəlxalq "Most Fashionable Awarrds" mükafatı və diplomlarla təltif olunmuşdur. 2017-ci ildə Türkiyə Eshab-ı Kehf Vakıf,Kültür,Eğitim ve Araştırma Derneği (ESVED) tərəfindən hər il təqdim olunan 9-cu Eshabi-Kehf Başarı mükafatına layiq görülərək ilin iş adamı seçilib